Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatını müzakirə edib. Bu barədə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib, TASS xəbər verir. Uşakovun sözlərinə görə, Putin İslam Respublikasının obyektlərinə edilən hücumları pisləyib. "İsrailin hərbi əməliyyatını pisləyən Vladimir Vladimiroviç mümkün eskalasiyadan narahatlığını bildirib. Bu, bütün Yaxın Şərq regionu üçün gözlənilməz nəticələrə səbəb ola bilər", - o deyib. Həmçinin bildirilir ki, prezident həmkarına dünən İsrailin baş naziri və İran prezidenti ilə etdiyi telefon əlaqəsi barədə məlumat verib. Bundan əvvəl Putin İsrailin İrana hücumundan da danışıb . Onun fikrincə, ölkə BMT Nizamnaməsini və beynəlxalq hüququ pozub. Eyni zamanda, Rusiya liderinin sözlərinə görə, Moskva İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti sülh yolu ilə həll etmək üçün hər şeyi edib.