Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı 79 illik yubileyi münasibətilə telefonla təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Vladimir Putin Donald Trampı ad günü münasibətilə təbrik edib. Bu gün ABŞ prezidentinin 79 yaşı tamam olub", - Uşakov bildirib.
Rusiya lideri Trampla telefon danışığında ABŞ-da Amerika Bayrağı Gününün və Quru Qoşunlarının yaradılmasının 250 illiyinin qeyd olunmasından danışıb.