AZ

ABŞ-dan siqnal: İranla danışıqlara qapı hələ açıqdır

Prezident Donald Tramp hələ də İranın nüvə məsələsinin danışıqlar masasında həllinə fokuslanır.

Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Pit Heqset deyib.

“İranlılar yaxşı bilirlər ki, danışıqlara qayıda bilərlər və ümid edirik ki, bu yolu seçəcəklər”, - nazir bildirib.

Qeyd edək ki, daha öncə İran Maskatda keçirilməsi planlaşdırılan Tehran-Vaşinqton danışıqlarını ləğv edib.

Seçilən
12
1
axar.az

2Mənbələr