Kremlin müşaviri Yuri Uşakov Rusiya prezidenti Putinlə ABŞ prezidenti Trampın telefon danışığı ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Vladimir Putin İsrailin İrana hücumlarını pisləyib və iki ölkə arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.
Donald Tramp isə İsrailin hücumlarının müsbət olduğunu və ABŞ-ın nüvə danışıqları üzərində işləməyə hazır olduğunu vurğulayıb.
Uşakov həmçinin bildirib ki, görüş zamanı Putin Trampı ad günü münasibətilə təbrik edib.
İki lider aralarındakı şəxsi münasibətdən məmnun olduqlarını bildiriblər.
Rusiya və ABŞ liderləri arasında görüş təxminən 50 dəqiqə davam edib.
Aytən Yaşar/ Turkustan.az