Putin və Tramp arasında son bir ayda üçüncü, ilin əvvəlindən isə beşinci telefon danışığı olub.
Marja.az xəbər verir ki, Rusiyanın açıqlamasından əsas məqamlar:
- Söhbət 50 dəqiqə davam edib və faydalı olub;
- Putin Trampa Ukrayna ilə məhbus mübadiləsinin gedişi barədə məlumat verib və Rusiyanın iyunun 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib;
- Putin İsrailin İrana qarşı hərbi əməliyyatını pisləyib;
- ABŞ prezidenti İsrail və İran ətrafındakı vəziyyəti “çox narahatedici” kimi qiymətləndirib;
- Putin Rusiyanın İsrail və İran arasında vasitəçilik etməyə hazır olduğunu açıqlayıb;
- ABŞ lideri İsrailin İrana zərbələrini effektiv adlandırıb;
- Tramp deyir ki, ABŞ--ın müzakirəçiləri iranlılar ilə nüvə sazişini bərpa etməyə hazırdır;
- Rusiya Federasiyası və ABŞ prezidentləri İranın nüvə problemi ilə bağlı danışıqlar yoluna qayıtmağı istisna etmirlər;
- Tramp Ukraynadakı münaqişənin tezliklə sona çatmasında maraqlı olduğunu təkrarlayıb;
- Putin və Tramp “müsbət şəxsi münasibətlərdən” məmnunluq ifadə ediblər;
- Putin Trampı ad günü münasibətilə təbrik edib.