AZ

İranda qisas istəyən vətəndaşlar yürüyüşə başladı - FOTO

Bu gün İranda keçirilməsi planlaşdırılan dini bayramlardan biri olan Qədir Xum şənlikləri İsrailin mülki yaşayış məntəqələrini hədəf alan hücumlarından sonra minlərlə insanın iştirakı ilə İsrail və ABŞ-a qarşı etiraz yürüşlərinə çevrilib.

Turkustan.az xəbər verir ki, paytaxt Tehranın Azadi və İmam Hüseyn meydanlarından yürüş edən minlərlə insan İnqilab meydanında toplaşıb.

Etirazçılar İsrailin hücumlarına cavab olaraq İranın həyata keçirdiyi raket əməliyyatlarına görə hakimiyyətə təşəkkür edib, İsrailə qarşı daha güclü hücumlara çağırıb və “Qisas, qisas” kimi şüarlar səsləndiriblər.

Nümayişçilər əllərində İran lideri Ayətullah Əli Xameneinin bayraqları və plakatları tutublar.

Şiə müsəlmanları arasında Məhəmməd peyğəmbərin Həzrət Əlini Vida Həccindən qayıdarkən mükafatlandırdığı gün kimi qeyd olunan Qədir Xum bayramı İranda hər il qeyd olunur.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
23
1
turkustan.az

2Mənbələr