AZ

AEBA İsfahandakı nüvə obyektinə dəyən ziyanı təsdiqləyib

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İsrailin zərbəsindənsonra İsfahandakı nüvə obyektinə dəyən ziyanı təsdiqləyib.

Bu barədə Trend agentliyə istinadən xəbər verir.

“AEBA -da mövcud olan məlumata görə, İsfahandakı nüvə obyektinədünənki hücum nəticəsində 4 kritik binaya ziyan dəyib.

Natanz obyektində olduğu kimi, obyektin hüdudlarından kənardaradiasiya səviyyəsinin artması gözlənilmir”, - agentliyin sosialşəbəkədə yaydığı məlumatda deyilir.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir ƏliHacızadə, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Seçilən
31
18
az.trend.az

10Mənbələr