AZ

Bu kafe Yasamal rayon sakinlərini təngə gətiribVİDEO

Gecələrər musiqinin səsi, gündüzlər manqal tüstüsü... Başını yastığıa dinc qoya bilməyən Yasamal sakinlərini evlərinin zirzəmisində fəaliyyət göstərən "Kainat" adlı kafe təngə gətirib...

Xezerxeber.az xəbər verir ki, görüntülər 20 Yanvar küçəsindəndir.

Ərazidə yaşayan sakinlər iddia edirlər ki, beşmərtəbəli binanın zirzəmisində yerləşən kafenin sahibinə dəfələrlə bununla bağlı müraciət ediblər. Düz altı aydır döymədikləri qapıqalmayıb. Amma nə sakinləri eşidən var, nə də onların şikayətinə məhəl qoyan.

Binanın 1-ci və 2-ci mərtəbəsində yaşayan sakinlərin vəziyyəti isə daha acınacaqlıdr. Çünki kafedəki səs-küy düz evlərinin içindədir.

Sakinləri şikayətini dinlədikdən sonra adıçəkilən iaşə obyektinin sahibi ilə görüşdük. O, çəklişə icazə verməyəcəyini bildirdi və müsahibədən imtina etdi.

Yasamal rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, məsələni diqqətdə saxlayacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
43
1
xezerxeber.az

2Mənbələr