AZ

Milli mübarizəni dayandırdı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında mübarizəni başa vurub.

Futbolpress.az xəbər verir ki, Xorvatiyanın ev sahibliyi etdiyi 3-cü turun son qarşılaşmasında komandamız Rumıniya yığması ilə üz-üzə gəlib. Zadar şəhərində təşkil olunan görüşün qalibi Rumıniya millisi olub – 3:0.

Qeyd edək ki, reqlamentə əsasən yarışda iştirak edən 12 komandadan ilk dörd pilləni tutanlar dördlər finalına vəsiqə qazanırlar. Turnirin yarımfinal və final oyunları 28-29 iyun tarixlərində İsveçdə baş tutacaq.

Seçilən
5
futbolpress.az

1Mənbələr