AZ

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi...VİDEO

Adına özünün də xəbəri olmadan şirkət açılıb, 17 min manata yaxın vergi borcu var...

Xezerxeber.az xəbər verir ki, hadisə Göyçayın Ərəbşahverdi kənd sakini Elməddin Məmmədovun başına gəlib. İki il əvvəl Bakıda iş axtararkən bir nəfər ona yaxınlaşıb. Elməddinə yaxşı iş vədi verib və onu başqa bir şəxslə tanış edib. Elə hər şeydə bundan sonra baş verib.

Elməddin Məmmədovun sözlərinə görə, bir müddət əvvəl isə ona məktub gəlib ki, 17 min manata yaxın vergi borcu var.

Vəkillər Kollegiyasının üzvü Sadiq Əfəndiyev "Xəzər Xəbər"ə bildirib ki, burada söhbət vətəndaşın aldadılaraq adına hansısa şirkətin təsis edilməsindən gedir ki, bu hallar da son zamanlar geniş yayılıb. Bu şirkətdən şübhəsiz ki, qanunsuz məqsədlər üçün istifadə edilir. Bu cür hallarda vergidən yayınma, pul vəsaitlərinin qanunsuz köçürülməsi, nağdlaşdırılması, hətta ictimai təhlükəliliyi daha böyük olan cinayətlərin törədilməsi mümkündür. Vətəndaş aldadıldığını bildikdən dərhal sonra ilk növbədə həmin şəxslərə verdiyi etibarnaməni və adına açılmış ASAN imza sertifikatını ləğv etdirməli, bundan sonra isə məsələnin ətraflı araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Araşdırma zamanı vətəndaşın həqiqətən də aldadıldığı, yəni onun adından açılan şirkətdən xəbərinin və törədilən qanunsuz əməllərdə iştirakının olmaması müəyyən edildiyi halda, hər hansı hüquqi məsuliyyət daşımır.

Bütün hüquqi məsuliyyət şirkəti faktiki idarə etmiş şəxslərin üzərinə düşür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
7
xezerxeber.az

1Mənbələr