Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatı sona yaxınlaşır.

Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycanın 3 sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.

Rəvan Həsənzadə (48 kq) finalda ermənistanlı Artak Ağabekyana 4:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub.

Eyni zamanda Ruslan Əlizadə (55 kq) həlledici görüşdə rusiyalı Maxaç Abdullayevi üstələyib - 3:2.

Tunar Nəsibov (65 kq) 5-ci yeri tutsa da, Hakim Tağıyev (110 kq) bürünc medal qazanıb.

Beləliklə, milli komandamız  2 qızıl və 1 bürünca layiq görülüb.

Xatırladaq ki, Avropa çempionatında yunan-Roma güləşçilərimiz 5 medal qazanmışdılar (2 qızıl, 1 gümüş, 2 bürünc). Qızların yarışında isə bir təmsilçimiz 3-cü yerə çıxıb.