Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, qitə birinciliyinin növbəti günündə sərbəst güləşçilər arasında ilk medalçılar bəlli olub.
İki güləşçimiz qızıl, ikisi isə bürünc uğrunda yarışır. Onlardan üçü fəxri kürsüdə yer almağı bacarıb.
U-17 Avropa çempionatı
Sərbəst güləş
48 kq
Rəvan Həsənzadə finalda Artak Aqabekyanla (Ermənistan) qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn güləşçimiz Avropa çempionu tituluna sahib çıxıb.
55 kq
Ruslan Əlizadə həlledici görüşdə Maxaç Abdullayevlə (UWW) üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada azərbaycanlı güləşçi 3:2 hesabı ilə qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
110 kq
Hakim Tağıyev bürünc uğrunda Qyeorqi Yuhaşla (Macarıstan) güləşib. 2:0 hesabı ilə qalib gələn pəhləvanımız 3-cü yeri tutub.
Qeyd edək ki, sabah daha iki güləşçimiz finalda mübarizə aparacaq.
Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazanıblar
Millimiz Türkiyədə təlim-məşq toplanışı keçir
Güləşçilərimizdən Avropa çempionatında 3 medal - 1 qızıl, 2 bürünc
Millimiz reytinq turnirinə Batumidə hazırlaşır
Göyçayda üç güləş zalı istifadəyə verilib