AZ

Lökbatan-Qobu yolunda qəza - VİDEO

Tibbi salnamələrində və Ginnesin Rekordlar Kitabında insan dözümünün hədlərini alt-üst edən inanılmaz bir hadisə qeydə alınıb. Avtosfer.az "Lent.az"a istinadən xəbər verir ki, söhbət 2017-ci il avqustun 26-da İtaliyanın sərt Dolomit Alplarında baş vermiş hadisədən gedir. Hadisənin qəhrəmanı isə 31 yaşlı alpinist Roberto Çikkonne olub:
Marmolada zirvəsinə çətin bir yüksəliş zamanı Roberto ağır hava şəraitinə düşüb. Havanın temperaturu kəskin şəkildə sıfır dərəcəyə enib. Şiddətli hipotermiya (bədənin soyuması) nəticəsində alpinist huşunu itirib və ölüm təhlükəsi ilə üz-üzə qalıb. Xilasedici əməliyyat dərhal başladılıb. Roberto vertolyot vasitəsilə dağdan təxliyə olunub. Ən mühüm və şokedici fakt tibbi heyət tərəfindən vertolyotda axşam saat 19:48-də qeydə alınıb.Robertonun nəbzi tamamilə dayanıb. Həkimlər ürək dayanması diaqnozu qoyublar bu, ürəyin qanı bədənə effektiv şəkildə pompalaya bilmədiyi ağır bir vəziyyətdir.
Vacib məqam ondan ibarət idi ki, bu, adi ürək dayanması deyil, hipotermik ürək dayanması idi. Bu fərq vəziyyətin gedişatını tamamilə dəyişirdi. Bundan sonra isə misli görünməmiş bir tibbi zamanla yarış başlayıb. Adətən reanimasiya standartlarına görə (20-30 dəqiqə uğursuz müdaxilədən sonra ölüm elan olunur), lakin həkimlər bütün qaydalara rəğmən, Robertonun həyatını xilas etmək üçün intensiv cəhdləri dayandırmayıblar.
Alpinistin ürəyi tam 8 saat 42 dəqiqə ərzində tamamilə fəaliyyət göstərməyib. Nəhayət, yalnız ertəsi gün səhər saat 4:30-da həkimlərin çox saatlıq fədakar səyləri nəticəsində ürəyin fəaliyyəti bərpa olunub. Bu müddətdə fasiləsiz ürək-ağciyər reanimasiyası (ÜAR) və ən müasir texnologiya olan ekstrakorporal membran oksigenasiyası (ECMO) tətbiq olunub.
ECMO həyati əhəmiyyət daşıyıb. O, müvəqqəti olaraq ürək və ağciyərin funksiyalarını öz üzərinə götürərək qana oksigen ötürüb və bədənin qan dövranını təmin edib. Bu, bədənin isidilməsindən sonra ürəyin yenidən fəaliyyətə başlamasına imkan verib.
Roberto Çikkonnenin hekayəsi yalnız Ginnesin Rekordlar Kitabındakı adi bir rekord deyil. Bu, ekstremal şəraitdə insan orqanizminin inanılmaz ehtiyat imkanlarının və müasir tibbin zəfərinin bariz sübutudur.

Seçilən
29
avtosfer.az

1Mənbələr