Suriya Mərkəzi Bankının sədri Abdelkader Husreh Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində ölkənin SWIFT ödəniş sisteminə qayıdacağını bildirib.
"Suriya 14 illik müharibə və sanksiyalardan sonra ölkəni qlobal iqtisadiyyatla yenidən birləşdirərək bir neçə həftə ərzində SWIFT beynəlxalq ödəniş sisteminə yenidən qoşulacaq”, – deyə yeni mərkəzi bank rəhbəri bildirib.
FT-yə görə, ölkənin SWIFT-ə qayıdışı, yeni hökumətin Suriya iqtisadiyyatının bərpasında ilk mühüm mərhələ və ABŞ-ın keçən ay sanksiyaları ləğv etməsindən sonra yeni hakimiyyət orqanlarının beynəlxalq ticarət və investisiyaları cəlb etmək üçün sürətlə hərəkət etdiyinə işarədir.
Suriya Mərkəzi Bankının rəhbəri Abdelkader Husreh Dəməşqdə qəzetə verdiyi müsahibədə dağılmış iqtisadiyyatı bərpa etmək üçün ölkənin maliyyə sistemini və pul siyasətini yenidən qurmaq üçün yol xəritəsini təfərrüatlı şəkildə açıqlayıb.
Qurumun məqsədi xarici investisiyaları geri qaytarmaq, ticarətdə maneələri aradan qaldırmaq, valyutanın normallaşdırılması və bank sektorunda islahatlar aparmaqdır.