AZ

İsrail İranın yeraltı tuellərini də MƏHV ETDİ

İsrail Müdafiə Qüvvələri (IDF) Qərbi İranda yer-yer və qanadlı raketlərin saxlanılması və buraxılması üçün istifadə olunan yeraltı obyektə zərbə endirib

Publika.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin "Telegram" kanalında məlumat verilib.

Bu gün səhər saatlarında Kəşfiyyat İdarəsi tərəfindən idarə olunan Hərbi Hava Qüvvələrinin (IAF) qırıcı təyyarələri yer-yer və qanadlı raketlər üçün saxlama tunelləri, eləcə də çoxsaylı buraxılış şaxtaları olan yeraltı sahəyə zərbə endiriblər.

Qeyd edilib ki, həmin obyekt daha öncə İranın təbliğat videosunda göstərilmişdi və indi rejimin yer-yer raket infrastrukturuna qarşı həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində hədəfə alınıb.

Seçilən
6
publika.az

1Mənbələr