AZ

Tramp: Ədliyyə Nazirliyi, FTB Minnesota senatoruna hücumu araşdırır

ABŞ-nin Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FTB) Minnesota qanunverici orqanının üzvünə hücumun səbəblərini araşdırır.

"Report"un xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Trampın yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, baş verənlər “ştat qanunvericisinə qarşı məqsədyönlü hücum kimi görünür”. Amerika lideri vurğulayıb ki, ABŞ Ədliyyə Departamenti və Federal Təhqiqat Bürosunun əməkdaşları araşdırma aparır və "qanun çərçivəsində bütün əli olanları" cəzalandırmaq niyyətindədirlər. Trampın sözlərinə görə, ABŞ-da belə dəhşətli zorakılığa yol verilməyəcək.

Xatırladaq ki, ABŞ-nin Minnesota ştatının senatoru Con Hoffman və həyat yoldaşı evlərində güllələnərək öldürülüb. Hadisə şənbə günü səhər baş verib. Polisin məlumatına görə, şübhəli şəxs özünü polis zabiti kimi təqdim edib.

Seçilən
12
8
report.az

9Mənbələr