AZ

4 nəfərin yaralandığı silahlı davada 17 nəfər saxlanıldı

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

Türkiyədə  iki qrup arasında baş verən torpaq sahəsi mübahisəsi kütləvi davaya çevrilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Mardin bölgəsində baş verib.

Hadisə dünən axşam saatlarında Mardin yolu üzərində baş verib. Silah, daş və dəyənəklərin istifadə edildiyi davada 4 nəfər yaralanıb, 17 nəfər isə saxlanılıb.

Hadisəyə səbəb torpaq sahəsi olub. Saxlanılanlardan biri olan M.B. ifadəsində, ailəsinin ofisinin yerləşdiyi sahənin qarşı tərəfinin zorla geri alınmaq istəndiyini, təhdid və silahlı hücuma məruz qaldıqlarını bildirib.

M.B.-nin vəkili isə, sahə sahiblərinin müqavilə müddəti bitmədən əmlaka və hətta onlara aid olmayan hissələrə də əl qoymaq istədiklərini, müvəkkillərinin isə hücuma məruz qaldığını bildirib.

Hadisə ilə bağlı istintaq davam edir.

Oksana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
azxeber.com

1Mənbələr