AZ

Xudadar Həmidov Dünya Çempionatında iki medal QAZANDI

İspaniyanın Tarragona əyalətinin Salou şəhərində keçirilən natural bodibildinq və fitnes üzrə Dünya Çempionatının ilk günü Azərbaycan komandası üçün uğurlu nəticələrlə yadda qaldı.

Redaktor.az xəbər verir ki, INBA/PNBA Qlobal Azərbaycan birliyinin mətbuat xidmətindən verilən məlumata görə, idmançımız Xudadar Həmidov "Men's Classic Physique Open" kateqoriyasında çempionatın qalibi olaraq qızıl medal qazanıb və peşəkar liqaya vəsiqə əldə edib.

Bundan əlavə, Xudadar Həmidov "Men's Athletic" kateqoriyasında finala yüksələrək, 4-cü yeri tutub və ümumilikdə çempionatda iki medal qazanıb.

Atletimizə gələcək yarışlarda da uğurlar arzulayırıq!

 

2222
Seçilən
17
2
redaktor.az

3Mənbələr