AZ

49 saylı məktəb-liseydə unudulmaz "Son zəng" şöləni

49 nömrəli “İntellekt” məktəb-liseydə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Son zəng” tədbiri keçirilib.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əziz Hüseynov, şəhid Rəfail Hüseynovun atası Maarif Hüseynov,qonaqlar, müəllim və şagird kollektivi, valideynlər, 1-ci sinif şagirdləri iştirak ediblər.Tədbir rəsmi və bədii hissədən ibarət olub.TədbirDövlət Himninin səsləndirilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü,suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elza Bağırzadə çıxış edərək suveren Azərbaycanın yeni məzunlarını təbrik edib, Suveren Azərbaycanın övladları bu gün təkcə məktəblə deyil, eyni zamanda əziz vətənləri ilə daha dərin bağ quraraq həyatda yeni mərhələyə qədəm qoyduqlarını öz çıxışında bildirib.Həmçinin liseyin son illərdə qazandığı uğurlar və yüksələn nəticələr haqqında məlumat verib,məzunların əvvəlki illərlə nisbətən daha uğurlu nəticə əldə etdiklərini vurğulayıb. Rəsmi hissədə çıxış edən qonaqlar, o cümlədən şəhid atası Maarif Hüseynov, gənclərə vətənpərvərlik, elmə və biliklərə bağlılıq mesajı veriblər. Onun duyğulu və vətənpərvər ruhlu çıxışı tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.Tədbirdə çıxış edən qonaqlar, müəllimlər və valideynlər məzunlarımızı təbrik edərək, gələcək həyatlarında uğurlar arzulayıblar.

Bədii hissə MÜTDA və BŞTİ-nin təlimatlarına əsasən milli-mənəvi dəyərlərimizə uyğun şəkildə təşkil olunub. Hər sinif öz çıxışı ilə təşəkkür və duyğularını ifadə edib, bədii kompozisiya nümunələrini göstəriblər
Tədbirin sonunda IX və XI siniflər üzrə xüsusi nailiyyət göstərən məzunlarməktəb rəhbərliyi tərəfindən təltif olunub. Tədbir ənənəvi “bilik açarı”nın təqdim olunması mərasimi ilə başa çatıb.

Bu “Son zəng” yalnız bir məktəb mərhələsinin sonu deyil, qalib, müstəqil Azərbaycanın gələcəyinə səslənən ilk səsdir.

Seçilən
7
aznews.az

1Mənbələr