AZ

İsraildəki Ben Qurion Hava Limanı uçuşlara bağlandı

İsraildəki Ben Qurion Hava Limanı uçuşlara bağlandı

İranla yaşanan qarşıdurmalar səbəbilə İsrailin Təl-Əviv şəhəri yaxınlığında yerləşən Ben Qurion Hava Limanının növbəti bildirişədək uçuşlara bağlandığı bildirilib.

İsrail Hava Limanları İdarəsinin Anadolu Agentliyinə verdiyi yazılı açıqlamada Ben Qurion Hava Limanının uçuşlara bağlandığı qeyd edilib.

Açıqlamada Ben Qurion Hava Limanında uçuşların hər iki istiqamətdə növbəti bildirişədək dayandırıldığı və daha əvvəl bilet almış sərnişinlərin hava limanına gəlməmələri, aviaşirkətlərin məlumat yeniləmələrini izləmələri tövsiyə olunub.

İsraildəki aviaşirkətlər İranın hücumlarına cavab olaraq dünən Ben Qurion Hava Limanındakı sərnişin təyyarələrini ölkədən kənara təxliyə etmişdilər.

Rum mətbuatında yayılan xəbərlərdə israilli aviaşirkətlərə məxsus çox sayda sərnişin təyyarəsinin Cənubi Kipr Rum İdarəsinin Larnaka və Baf hava limanlarına endiyi qeyd olunub.

Seçilən
20
afn.az

1Mənbələr