AZ

İran şahının oğlu və Netanyahu iranlıları rejimə qarşı üsyana çağırdılar


İran şahı Məhəmməd Rza Pəhləvinin ABŞ-da yaşayan oğlu Rza Kir Pəhləvi ölkə vətəndaşlarını 1979-cu ildə İslam İnqilabı zamanı İranda hakimiyyəti ələ keçirmiş Ayətullahların rejimini devirməyə çağırıb.Bu barədə o, Telegram kanalında yazıb. Özünü müxalifətin əsas simalarından biri kimi qələmə verən Pəhləvi İranın hərbi, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinə müraciət edərək, onlardan "yollarını mövcud rejimdən ayırmağı" və "xalqa qoşulmağı" xahiş edib. Pəhləvi deyib: "Bu rejim və onun korrupsioner və səriştəsiz liderləri nə sizin həyatınıza, nə də bizim İranımıza dəyər vermir. Həll yolu küçə etirazları və ümummilli tətillər vasitəsilə İslam Respublikasını devirməkdir". O, İranın ali dini lideri Ayətullah Əli Xameneyini xalqı yeni müharibəyə sürükləyən "anti-İran rejiminin axmaq lideri" adlandırıb. 64 yaşlı Rza Pəhləvi Tehran tərəfindən qadağan edilmiş İran Milli Şurasının qurucusu və rəhbəridir. Los-Ancelesdə yaşayır. Bundan əvvəl 1967-ci ildə İranın vəliəhd şahzadəsi olmuş və atasının yerinə keçməli olan Pəhləvi dəfələrlə İran müxalifətini birləşdirməyə cəhd edərək, ayətullahların devrilməsinə çağırıb. Netanyahu da iyunun 13-də axşam saatlarında oxşar çağırış edib. O, "İranın qürurlu xalqına" göndərdiyi videomüraciətdə bildirib ki, "sizə 50 ilə yaxındır zülm edən" İslam rejimi İsrailin hərbi əməliyyatları nəticəsində ciddi şəkildə zəifləyib. "Rejim onun başına nə gəldiyini və hələ nələrin olacağını bilmir. O,heç vaxt bu qədər zəif olmamışdı. Yaranmiş vəziyyətsizə ayağa qalxmaq üçün bir şansdır", - deyə Netanyahu bildirib. Netanyahununiddiasına görə, İsrail İran xalqı ilə deyil, "sizə zülm edən və sizi yoxsul edən qaniçən İslam rejimi ilə vuruşur: "İran xalqının öz bayrağı və tarixi irsi ətrafında birləşməsinin, şər və zalım rejimdən azadlığı uğrunda mübarizə aparmasının artıq vaxtı çatıb". Surxay Əliyev
Seçilən
67
baki-xeber.com

1Mənbələr