AZ

Rusiya universitetləri ödənişli yerləri ixtisar edəcək...

...2025-ci il sentyabrın 1-dən Rusiyada universitetlərdə ödənişli yerlərin sayını tənzimləyən sistem qüvvəyə minəcək. Tədbir bütün universitetləri əhatə edəcək və əmək bazarında tələbat olan mütəxəssislərin hazırlanmasının keyfiyyətinin artırılmasına yönəlib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2025-ci il sentyabrın 1-dən Rusiyada universitetlərdə ödənişli yerlərin sayını tənzimləyən sistem qüvvəyə minəcək.

Yenilik ölkənin bütün universitetlərini əhatə edəcək və bütün ixtisas, eləcə dəkadr hazırlığı sahələrinə şamil olunacaq. Qərar mütəxəssislərin istehsalı ilə əmək bazarının real tələbatları arasında proporsionallığın azaldılması zərurətinə cavab olaraq qəbul edilib.

Əsas diqqət təhsilin keyfiyyətinin yüksəldilməsi və xüsusilə iqtisadiyyat, idarəetmə və hüquq sahələrində səmərəsiz proqramların sayının azaldılmasına yönəlib.

Eyni zamanda etiraf olunur ki, bu sahələr üzrə peşəkar kadrlara hələ də ehtiyac var, lakin sistem yalnız diplom verməklə kifayətlənməməli, ixtisaslı mütəxəssislər hazırlamalıdır.

Artıq vəziyyətin təhlili üzrə işlərə, o cümlədən regionlardakı universitetlərin qiymətləndirilməsinə və nəzarət orqanları ilə birgə işlərə başlanılıb.

Dəyişikliklərin məqsədi onilliklər ərzində yığılmış balanssızlıqları aradan qaldırmaq və sırf mənfəətə yönəlmiş universitetlərdən daha çox tələbat olan kadrların hazırlanmasını təmin etməkdir.

Əli Babayev

Seçilən
6
1
sia.az

2Mənbələr