ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
İsrail-İran qarşıdurması fonunda dünya liderlərinin münaqişənin həllinə yönəlik müzakirələri davam edir.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, növbəti belə müzakirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı zamanı baş tutub.
Onlar İsrailin İrana hücumunu müzakirə ediblər. Ərdoğan bildirib ki, Türkiyə gərginliyi yaxından izləyir: “Nüvə sazişi ilə bağlı müzakirələr problemin həlli üçün yeganə yoldur”.
Türkiyə lideri əlavə edib ki, ölkəsi nəzarətdən çıxa biləcək bir gərginliyin qarşısının alınması üçün əlindən gələni etməyə hazırdır.
Onlar, həmçinin regional və qlobal məsələlər barədə danışıblar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.