İsrail İranın təkcə nüvə silahı yaratmaq deyil, həm də onu Yaxın Şərqdəki tərəfdaşlarına ötürmək niyyətində olduğu barədə məlumat alıb.
Musavat.com bunu İsrailin Baş naziri Benyamin Netanyahu ingilis dilində yaydığı videomüraciətində deyib: "Hərəkət etməsəydik, nə baş verərdi deyəcəm. Bizdə məlumat var idi ki, bu vicdansız rejim hazırlayacağı nüvə silahlarını öz terrorçu proksilərinə verməyi planlaşdırır. Bu, steroid üzərində nüvə terrorizmidir. Bu, bütün dünya üçün təhlükə olardı”.
ABŞ prezidenti Donald Trampı doğum günü və ABŞ ordusunun yaradılmasının 250 illiyi münasibətilə təbrik edən Baş nazir bildirib ki, İran iki dəfə Trampı öldürməyə cəhd edib: "Hazırda biz terrorçulara hücum edərkən İran rejimi dinc ərazilərimizi bombalayır. Bu, xəbər deyil. Onlar prezident Trampa iki dəfə sui-qəsd etməyə cəhd etdilər. Amerika səfirliklərini bombaladılar. Beyrutda (1983-cü ildə-red.) 241 ABŞ dəniz piyadasını öldürdülər. Onlar PUA-ları ilə minlərlə amerikalını öldürdü və yaraladılar. İraqda və Əfqanıstanda atəş açdılar "Amerikaya ölüm" şüarları ilə”.
Musavat.com