AZ

MAQATE: İsfahanda nüvə obyektində dörd bina zədələnib

MAQATE: İsfahanda nüvə obyektində dörd bina zədələnib

Zədələnən obyektlər arasında uranın konversiya zavodu da var

Beynəlxalq Atom Energetikası Agentliyi (MAQATE) bildirib ki, 13 iyun tarixində İsrail tərəfindən edilən atəş nəticəsində İranın İsfahan şəhərindəki nüvə obyektində dörd kritik əhəmiyyətli bina zədələnib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, zədələnən obyektlər arasında uranın konversiya zavodu da var.

Agentliyin məlumatına görə, Natanz obyektində olduğu kimi, obyektin hüdudlarından kənarda radioaktiv səviyyənin yüksəlməsi gözlənilmir.

MAQATE bildirib ki, İranın İsfahandakı nüvə obyektləri əvvəllər də bir neçə dəfə hücuma məruz qalıb. 13 iyunda İsrail Müdafiə Qüvvələri İsfahandakı nüvə obyektinə hava hücumu etdiyini elan edib. Hücum zamanı uranın istehsalı və zənginləşdirilməsi sahələri, laboratoriyalar və infrastruktur obyektləri məhv edilib.

Seçilən
15
afn.az

1Mənbələr