AZ

İsrail Təhlükəsizlik Kabineti fövqəladə iclas üçün yeraltı bunkerdə toplaşdı - İRAN HÜCUMA KEÇDİ

İsrail Təhlükəsizlik Kabineti fövqəladə iclas üçün yeraltı bunkerdə toplaşıb. Nazirlərə orada uzunmüddətli qalmağa hazırlaşmaq tapşırılıb.

Musavat.com xəbər verir ki, “İsrail Səsi”nin məlumatına görə, İsrail Təhlükəsizlik Kabineti hazırda Yerusəlimdəki yeraltı bunkerdə fövqəladə iclas keçirir.

Nazirlərə şəxsi əşyalarını götürüb uzun müddət bunkerdə qalmaq tapşırılıb.

Qeyd edək ki, hazırda İranın hücumu başlayıb. İran mediasının məlumatına görə, SEPAH tərəfindən İrandan İsrailə doğru raketlər buraxılıb.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr