AZ

“Neftçi”nin vingeri: “Bu il etdiyimiz səhvlər bizə baha başa gəldi”

“Mən başa çatan mövsümü komandamız üçün neqativ sayıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin ukraynalı legioneri Andrey Ştoqrin deyib.

“Ağ-qaralar” ötən il olduğu kimi, bu mövsüm də avrokuboklardan kənarda qalıb.

Premyer Liqada altıncı yeri tutan paytaxt təmsilçisi ölkə kubokunda da mübarizəni yarımfinal mərhəlıəsində dayandırıb.

Vinger söyləyib ki, bunlar “Neftçi”nin adına yaraşan nəticələr deyil:

“Təsəlli olaraq ölkə kubokunu qazanmağı düşünürdük ki, o da alınmadı. Buraxdığımız səhvlərdən dərs çıxarıb, yanlışların təkrarlanmamasına çalışmalıyıq.

Bu il etdiyimiz səhvlər bizə baha başa gəldi”.

Seçilən
20
sportinfo.az

1Mənbələr