BAKI, 14 iyun. TELEQRAF
İraq hökuməti ABŞ-dan tələb edib ki, İsrailin İrana zərbələr endirmək üçün onun hava məkanından yararlanmağı qadağan etsin.
Teleqraf xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin sözçüsü Sabah əl-Naaman bildirib.
Bəyanatda deyilir: "İraq hökuməti həmçinin ABŞ-ı sionist qurumun təyyarələrinin İraqın hava məkanını pozmasının və ora hücum etməsinin qarşısını almaqla bağlı (...) öhdəlik götürməyə çağırır".