AZ

Nasistlərin illərlə işgəncə verib iki dəfə edam etdiyi admiralın dəhşətli hekayəsi

Nasistlərin ən nifrət etdiyi şeylərdən biri vətənə xəyanət idi. Bu səbəbdən Hitlerin sərt idarəçilik tərzinə qarşı çıxan admiral Kanaris ölümü dadsın deyə əvvəlcə asılır, sonra ölməzdən əvvəl ipi kəsilir, daha sonra həyatına son qoymaq üçün yenidən asılır.


Sfera.az bu yazıda iki dəfə edam edilən admiralın qan donduran hekayəsini təqdim edir.


Vilhelm Frans Kanaris qabaqcıl alman admirallarından biri və Almaniya hərbi kəşfiyyat xidmətinin rəhbəri idi.

 


 

Hərbi kəşfiyyat xidmətinə girməzdən əvvəl I Dünya Müharibəsi zamanı admiral oldu. 1938-ci ildə eyni müharibədə ingilislərə qarşı ayağa qalxan cəsur bir gəmi kapitanı kimi görünürdü.
 

Hitler Kanarisin uğurundan çox təsirləndi.

 

Onu müdrik bir adam kimi görürdü və bu səbəbdən daha çox məlumat əldə etmək və gələcəkdə almanlara qarşı mümkün hücumlar üçün Alman məxfi xidmətinə casus kimi işləməyi əmr etdi.
 

1938-ci ildən Kanarisin ingilislərlə sıx əlaqələri var idi, ona görə də o, Almaniyanın gələcək planları barədə Londona məlumat verir.
Tutulmaqdan qaçmağa çalışsa da, bu mesajların çoxu London hökuməti tərəfindən alınmamışdı.
 

Xəyanət Məhkəməsi qaçılmaz idi


1950-ci ildə Kanarisin məhkəməsinin nəticələrinə görə ölüm cəzasına məhkum ediləcəyi açıqlandı. Ancaq göstərilən tarixdə Kanarisin ingilislər haqqında gizli məlumatı olduğu üçün edam edilərkən ölməsinə icazə verilməyib. Məhz bu məlumatlara görə ilk edam cəhdindən sonra 8 ay Flossenburqda cəzası davam edərkən sağalmasına icazə verilmişdi.
 

Hitler İngilislər haqqında bu məlumatı əldə etmək üçün Kanarisə işgəncə verməyi əmr edir.
 

Kanarisin Zossendəki seyfindəki gündəliyi müsadirə olundu 1938-ci ildən bəri İngilislərlə əlaqədə olduğu öyrənildi.


Admiral Kanaris Ernst Kaltenbrunner vasitəsilə ölümü daddı...
 

Kaltenbrunner Kanarisi kameradan çıxarıb, onunla qızğın mübahisə edib və həqiqəti söyləmək üçün onu həbsxananın həyətinə aparıb. Kanaris məlumat verməkdən imtina etdiyi üçün Kaltenbrunnerə işgəncə verməkdən başqa çarə qalmamışdı. Günlərlə davam edən işgəncələrdən sonra da Kanaris danışmaqdan imtina edib.


Ətrafındakı əsgərlərə Kanarisi asmağı əmr edən Kaltenbrunner asıldıqdan bir neçə saniyə sonra kəndiri kəsib. Daha sonra Kaltenbrunner Kanarisdən ölümün dadının necə olduğunu soruşdu. Həqiqəti hələ də gizli saxlayan Kanaris 1945-ci il aprelin 9-da birdəfəlik asılıb.

 

Xanım

Seçilən
56
1
sfera.az

2Mənbələr