BAKI, 15 iyun. TELEQRAF
İranlı futbolçu Mehdi Taremi klublararası dünya çempionatını buraxacaq.
Teleqraf xəbər verir ki, hücumçu dünya birinciliyində şərəfini qorudğu İtaliyanın “İnter” klubuna kömək edə bilməyəcək.
Forvard İsrailin raket zərbələri səbəbindən İranı tərk edə bilməyib.
Qeyd edək ki, klublararası dünya çempionatında iştirak etməyə hazırlaşan “İnter” klubu hazırda ABŞ-dədir. İyunun 14-dən iyulun 13-dək keçiriləcək turnirdə 32 komanda iştirak edəcək.