AZ

Azərbaycanın hərbi gəmiləri “Xəzri-2025” birgə taktiki təlimində

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Xəzri-2025" birgə taktiki təlimi üçün Azərbaycan HDQ-nin gəmiləri və şəxsi heyəti Bakıdan yola düşüb.

Müdafiə Nazirliyi bildirib ki, Xəzər dənizinin Qazaxıstan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin məqsədi Azərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarının daha da artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

XQ

Seçilən
16
31
xalqqazeti.az

10Mənbələr