BAKI, 15 iyun. TELEQRAF
Cennaro Qattuzo İtaliya milli komandasının yeni baş məşqçisi olacaq.
Teleqraf xəbər verir ki, bu barədə hazırda İtaliya Futbol Federasiyasında çalışan əfsanəvi italiyalı qapıçı Canluici Buffon məlumat verib.
Buffon bildirib: “Qattuzo İtaliya millisinin yeni baş məşqçisidir. Biz ən yaxşı seçimi etdik".
Qattuzo yığmada Luçano Spalettini əvəz edəcək. Spaletti Moldova ilə 2026-cı il dünya çempionatının seçmə matçından sonra postundan uzaqlaşdırılıb.
Qeyd edək ki, iyunun 5-də Qattuzo Xorvatiyanın “Hayduk” klubunun baş məşqçisi postunu tərk edib. Qattuzo karyerası ərzində “Marsel”, “Valensiya”, “Napoli”, “Milan” və digər komandalara da rəhbərlik edib. DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsinin iki turundan sonra İtaliya millisinin aktivində üç xalı var və üçüncü yerdədir.