AZ

Yalnız 4 komanda: "100”ü keçənlər

style='margin-bottom:10px;'>

2024/25 mövsümündə 2-ci liqanın oyunlarını 31 min 930 tamaşaçı izləyib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, keçirilən 178 oyunda orta göstərici 179-a bərabər olub.

Tamaşaçı sayında “Haypers Quba” hamını qabaqlayıb. Bu göstəricidə “Şəfa” ikinci, “Şəmkir” üçüncüdür. Yalnız dörd iştirakçıda orta tamaşaçı sayı 100-dən yüksəkdir. Bu üç komandadan başqa yalnız “Şəki Siti”nin orta göstəricisi üç rəqəmlə ifadə olunub. Şəki təmsilçisi bir qarşılaşmanı tamaşaçısız keçirib.

Mövsümün rekordu 24-cü turun “Şəfa” – “Şahdağ Qusar” matçında qeydə alınıb – 4500 izləyici. 8-ci turun “Haypers Quba” – “Şahdağ Qusar” oyununda 2000, 25-ci turun “Haypers Quba” – “Şimal” görüşündə 1500 tamaşaçı olub.

Nəticələri ləğv olunan 1-ci turun “Haypers Quba” – “Saatlı-Araz” (1200 tamaşaçı) və “Şəki Siti” – “Şəmkir” (500 tamaşaçı), 11-ci turun “Dinamo” – “Haypers Quba” (10 tamaşaçı) oyunları, həmçinin tamaşaçısız keçirilən 21-ci turun “Şəki Siti” – “Qusar” görüşləri cədvəldə nəzərə alınıb. Dörd qarşılaşma – 7-ci turun “Şəfa” – “Lerik”, 13-cü turun “Qusar” – “Şahdağ Qusar”, 14-cü turun “Şahdağ Qusar” – “Kür-Araz” və “Ağdaş” – “Şimal”  görüşləri baş tutmadığı üçün cədvəldə əksini tapmayıb.

  komanda tamaşaçı oyun orta
1 Haypers Quba 7680 13 591
2 Şəfa 6640 12 553
3 Şəmkir 6270 13 482
4 Şəki Siti 2870 13 221
5 Ağdaş 1180 12 98
6 Şimal 1135 13 87
7 Araz Saatlı 1120 13 86
8 Şahdağ Qusar 935 12 78
9-10 Dinamo 950 13 73
9-10 Lerik 950 13 73
11 Kür-Araz 800 13 62
12 Füzuli 570 13 44
13-14 Qusar 400 12 33
13-14 Göygöl 430 13 33
  Cəmi 31930 174 184
Seçilən
22
4
teleqraf.com

10Mənbələr