AZ

Millimizin bu qədər çox qol buraxması onları da heyrətləndirdi!

Qadınlardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının son oyununda Litvaya 0:5 hesablı məğlubiyyəti qrupda yer alan Monteneqro yığmasını da təəccübləndirib.

Sportinfo.az xəbər verir ki, son matçlar öncəsi millimizin əsas rəqibi hesab edilən monteneqrolular bu nəticədən sonra Litva ilə qarşılaşma üçün daha ciddi hazırlaşmağa başlayıb.

Monteneqro yığmasının müdafiəçisi Helena Bojiç Bakıdakı matçda belə hesabın onlar üçün sürpriz olduğunu gizlətməyib:

“Əlbəttə, Bakıda belə nəticə gözləmirdik. Çünki Azərbaycan Litva ilə ilk oyunda səfərdə 2:0 hesablı qələbə qazanmışdı. L

itvalılar yaxşı olduqlarını göstərdilər. Bu, Podqoritsada da aydın olmuşdu. 3:1 hesablı qələbə qazansaq da, rəqibin gücünü hiss etmişdik.

Lakin indi öz oyunumuz haqqında düşünməliyik. Nə qədər dəyərli olduğumuzu və bizi xüsusi edən şeyin nə olduğunu göstərməliyik”.

Seçilən
35
sportinfo.az

1Mənbələr