ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"İsrailin hücumlarından sonra İran nüvə proqramının həyata keçirilməsi üzrə addımları barədə Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) xəbərdar etməyəcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
"Bundan sonra nüvə materialları və avadanlıqlarının mühafizəsi ilə bağlı yeni və xüsusi tədbirlər haqqında BAEA-ya məlumat verilməyəcək. İran artıq BAEA ilə əvvəlki kimi əməkdaşlıq edə bilməyəcək", - deyə o, İran televiziyasının efirində qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.