İsrail Müdafiə Qüvvələri (IDF) Tehranda İran Müdafiə Nazirliyinin qərargahına zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinin Tehrana bugünkü hücumundan sonra Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin qərargahı hədəfə alınıb”, - deyə məlumatda bildirilir.
Agentlik əlavə edib ki, hücum Nobaniad ərazisində baş verib və qərargahın ofis binalarından birinə cüzi ziyan dəyib.
"Tasnim" həmçinin iddia edibki, IDF hücumu Müdafiə Nazirliyinin Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatının binasına ziyan vurub.