İrandan İsrail ərazisinə qarşı ballistik raketlər və pilotsuz uçuş aparatlarının üçüncü dalğası buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə "İrNA" agentliyi məlumat yayıb.
Bildirilib ki, havada ən azı 70 raket və ya pua var. Hədəf olaraq, Yerusəlim və Təl-Əviv seçilib.
"Reuters" xəbər verir ki, Təl-Əvivdə hava reydi sirenləri və partlayış səsləri eşidilir. Yerusəlim səmasında raketlər müşahidə edilir.