AZ

“Portu”dan “Barselona”ya transfer xəbərdarlığı

“Portu” “Barselona”nın 16 yaşlı Kardozu Varela transferinə görə məhkəmə iddiası qaldırmaqla hədələyir.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən yaydığı məlumata görə,“Portu” prezidenti Andre Villaş-Boaş vasitəsilə “Barselona” və İspaniya Futbol Federasiyasına rəsmi sorğu göndərərək katalon klubunun gənc futbolçunu transfer etməyə çalışıb-çalışmadığını dəqiqləşdirib.

“Portu”nun iddiasına görə, futbolçu ölkədən icazəsiz aparılıb, Xorvatiya klubuna keçməsi isə daha yüksək səviyyəli komandaya transfer üçün addımdır. Klub sövdələşməni bloklamaq niyyətindədir və əgər “Barselona” oyunçunu transfer edərsə, Kataloniya klubu ilə institusional əlaqələri kəsəcəyini bildirib.

Məlumatda bildirilir ki, danışıqlar “Barselona”da, idman direktoru Deku və futbolçunun agenti Endi Baranın iştirakı ilə keçirilib.

Kardozu Varela “Portu” akademiyasının ən perspektivli üzvlərindən hesab olunurdu. Klub onunla müqavilə müddətini uzatmaq istəsə də, razılıq əldə olunmayıb. Birdən-birə futbolçu məşqlərdən və ölkədən yoxa çıxıb.

“Portu”nun araşdırmasına görə, agentlər futbolçunu Xorvatiyaya apararaq dördüncü divizion klubu ilə müqavilə imzalayıblar. Bu klub gənci daha yüksək səviyyəli komandaya keçid üçün vasitə kimi istifadə edir.

Hazırda “Portu” müqavilə pozuntusu və “yetkinlik yaşına çatmayan futbolçunun oğurlanması” iddiaları ilə bağlı FIFA-ya şikayət edib. Araşdırma davam edir.

Seçilən
38
90deqiqe.az

1Mənbələr