AZ

"Milan" və "Yuventus"un eyni hədəfi

“Arsenal”ın sol müdafiəçisi Aleksandr Zinçenko iki İtaliya klubunun – “Milan” və “Yuventus”un maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən yaydığı məlumata görə, London klubu 28 yaşlı futbolçunu satmağa hazırdır və transfer qiymətini 10-15 milyon funt sterlinq arasında qiymətləndirir.

Zinçenkonun keçid ehtimalı “Milan” üçün daha yüksək hesab edilir, çünki “Yuventus” müdafiəni gücləndirmək üçün daha gənc oyunçular axtarır. Hazırda hər iki klub futbolçunun agenti ilə danışıqlar aparır.

Potensial çətinliklərdən biri ukraynalının illik təxminən 5 milyon funt sterlinq olan maaşı ola bilər.

2024/25 mövsümündə Zinçenko 23 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun “Arsenal”la müqaviləsi 2026-cı ilin yayına qədər davam edir.

 

Seçilən
47
90deqiqe.az

1Mənbələr