AZ

İordaniya hava məkanını yenidən bağlayıb

İordaniya hava məkanını yenidən bütün növ təyyarələr üçün bağlayıb.

“Report” TASS-a istinadən bildirir ki, bu barədə Əmman beynəlxalq hava limanının nəzarət xidməti məlumat yayıb.

Qeyd edilib ki, iyunun 15-də Bakı vaxtı ilə saat 00:07-dən səhər saat 06:00-dək ölkənin hava limanlarına tranzit uçuşları dayandırılıb.

Cümə günü regionda yaranmış vəziyyətlə əlaqədar olaraq ölkə üzərindən uçuşlar dayandırılsa da, daha sonra paytaxt hava limanına uçuşlar qismən bərpa edilib.

Hava məkanının bağlanması səbəbindən Küveytdən Əmmana uçan təyyarə geri dönərək alternativ hava limanına enmək məcburiyyətində qalıb.

Seçilən
45
1
report.az

2Mənbələr