“Roma”nın sabiq baş məşqçisi Daniele de Rossi “Parma”nın yeni çalışdırıcısı ola bilər.
90deqiqe.Az-ın "Football-Italia"ya istinadən yaydığı məlumata görə, “Parma” mütəxəssislə müqavilə imzalamaq niyyətindədir.
İtaliya təmsilçisi artıq təcrübəli çalışdırıcının agenti ilə əlaqə saxlayıb.
Klub həmçinin “Torino”nun keçmiş baş məşqçisi Paolo Vanoli ilə də maraqlanır, lakin prioritet de Rossidir.
Ötən mövsüm “Parma” A seriyasında 36 xalla 16-cı yeri tutub və mövqeyini qoruyub. De Rossi məşqçilik karyerası ərzində “Roma” və SPAL klublarında çalışıb.