“Milan”ın mərkəzi hücumçusu Luka Yoviç yayda komandadan ayrıla bilər.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı forvardın klub ilə müqaviləsi iyunun sonunda başa çatır və o, sərbəst agent statusu ilə komandadan ayrılmağa hazırdır.
Yoviç 2023-cü ilin sentyabrında “Milan”a qoşulub. Ötən mövsüm A Seriyasında 15 oyunda iştirak edən futbolçu 2 qol vurub. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 2,5 milyon avrodur.