AZ

Sarkozi Fəxri Legion ordenindən məhrum edilib

2007–2012-ci illərdə ölkəyə rəhbərlik etmiş Fransanın keçmiş prezidenti Nikola Sarkozi respublikanın ən yüksək dövlət mükafatı olan Fəxri Legion ordenindən məhrum edilib.

Operativ Media xəbər verir ki, Bu barədə AFP agentliyi rəsmi "Journal Officiel" nəşrinə istinadən məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, bu qərar sabiq prezidentin nüfuz alveri və istintaqa təzyiq göstərməsi ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edilməsi ilə əlaqədar qəbul edilib. 2024-cü ilin sonunda Fransanın məhkəmə sistemində ən yüksək instansiya olan Kassasiya Məhkəməsi Apellyasiya Məhkəməsinin 2023-cü ildə çıxardığı hökmü qüvvədə saxlayıb.

Seçilən
29
3
operativmedia.az

6Mənbələr