AZ

Ali Atay və Hazal Kaya ilk dəfə eyni layihədə - FOTO

Disney Plus platformasında yayımlanacaq "Sekizinci Ailə" serialı güclü aktyor heyəti və əyləncəli hekayəsi ilə maraqla gözlənilən layihələr sırasındadır. Melisa Döngel və Haluk Bilginer kimi tanınmış aktyorların iştirak etdiyi seriala indi də Hazal Kaya və Ali Atay qoşulublar.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial dünyanın ən varlı səkkizinci ailəsi olan Basmacıgil ailəsinin daxilindəki qarşıdurmaları tragikomik üslubda təqdim edir. Maraqlı süjet xətti ilə diqqət çəkən "Sekizinci Ailə"nin çəkilişləri tamamlanıb. Serialda evli cütlüyü canlandıran Haluk Bilginer və Melisa Döngeldən ilk görüntü də yayılıb. Layihədə Haluk Bilginer, Hazal Kaya və Çağlar Çorumlu kimi məşhur adlar da yer alır.

Serialın fərqli cəhətlərindən biri də Ali Atayın həyat yoldaşı Hazal Kaya ilə ilk dəfə eyni layihədə bir araya gəlməsidir. Ali Atay daha öncə Birsen Altuntaşın YouTube kanalına verdiyi müsahibədə bu barədə zarafatla belə demişdi:

"Birlikdə işləyə bilərikmi, bilmirəm. Heç bir fikrim yoxdur. 'İşləyə bilmərik' demirəm, amma onun baxış bucağı başqadır, mənimki başqa... Onun etdiklərini mən çox bəyənirəm, o da mənimkiləri çox bəyənir. Bir araya gəlsək nə baş verər, doğrudan da bilmirəm. Ya çox yaxşı bir şey çıxararırıq, ya da qanlı-bıçaqlı olarıq."

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
42
2
milli.az

3Mənbələr