AZ

İran gecə İsrailə ilk dəfə manevr edən yeni ballistik raket atıb

İran rəsmiləri bildiriblər ki, yeni “Hac Qasem” ballistik raketi ilk dəfə gecə İsrailə raket hücumu zamanı istifadə olunub.

AzPost bildirir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, raket manevr edə bilən döyüş başlığı ilə təchiz edilib. Bu da ona müasir raketdən müdafiə sistemlərini, o cümlədən Amerikanın THAAD (Terminal High Altitude Area Defense), eləcə də İsraildə yerləşdirilən Patriot sistemlərini dəf etməyə imkan verir. Raketin hazırlanması barədə daha əvvəl İranın müdafiə naziri general Əziz Nəsirzadə İran televiziyası ilə açıqlama verib.

Tasnim agentliyinin daha əvvəl bildirdiyi kimi, “Hac Qasem” raketi bərk yanacaqlıdır, 1200 km-ə qədər uçuş məsafəsinə malikdir və yüksək hədəf dəqiqliyini və elektron müharibəyə müqaviməti təmin edən müasir naviqasiya sistemi ilə təchiz edilib.

Yeni silah ABŞ-ın İraqda endirdiyi zərbə nəticəsində öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin adını daşıyır.

AzPost.az

Seçilən
40
azpost.info

1Mənbələr