AZ

"Qarabağ" braziliyalı futbolçu ilə güclənir

Heyətini gücləndirmək istəyən "Qarabağ" klubu transfer çalışmalarını sürətləndirib.

Operativ Media xəbər verir ki, Ağdam təmsilçisi 3 legioner futbolçu ilə yollarını ayırdıqdan sonra heyətinə yeni futbolçu cəlb etməyə yaxındır.

"Atlılar" müqavilə ilə Braziliyanın "Palmeyras" klubuna məxsus olan dayaq yarımmüdafiəçisi Pedro Bicalho ilə böyük ölçüdə anlaşıb. Transferin tezliklə açıqlanması gözlənilir.

24 yaşlı braziliyalı son olaraq icarə əsasında Portuqaliyanın 2-ci divizionunda çıxış edən "Alverka"da top qovub. 33 oyuna çıxan Pedro 2 qol vurmağı bacarıb.

"Transfermarkt" portalı futbolçunun dəyərini 700 min avro qiymətləndirir.

Seçilən
10
operativmedia.az

1Mənbələr