Tel-Əvivin cənub-şərqində yerləşən Rexoçot şəhərindəki Haim Veytsman adına Elmi-Tədqiqat İnstitutu İranın İsrailə qarşı həyata keçirdiyi hava zərbələri nəticəsində zədələnib.
Publika.az xəbər verir ki, bu barədə "Nyu-York Tayms" məlumat yayıb.
"İsrailin tanınmış tədqiqat mərkəzi olan Haim Veytsman adına Elmi-Tədqiqat İnstitutu İranın son raket hücumu nəticəsində zərər görüb. Məlumata görə, laboratoriyaların yerləşdiyi binalardan ən azı birində yanğın baş verib", - qəzet yazır.
Qəzet institut binasının zədələndiyini göstərən görüntüləri dərc etməyib.