Bakı, 15 iyun, AZƏRTAC
Fransanın keçmiş prezidenti Nikola Sarkozi “Fəxri legion” ordenindən məhrum edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Rəsmi Qəzet”də dərc edilib. 2007-2012-ci illərdə ölkəyə rəhbərlik etmiş şəxs eyni zamanda Şərəf ordenini də qaytarmalıdır.
Bu qərar Sakozi barədə məhkəmənin hökmü qüvvəyə mindikdən sonra qəbul edilib. Məhkəmənin hökmü ilə keçmiş dövlət başçısı korrupsiyada ittiham edilərək 1 il azadlıqdan məhrum edilib.
Nikola Sarkozi Fransanın “Fəxri legion” ordenindən məhrum edilmiş ikinci dövlət başçısıdır. 1945-ci ildə general Şarl Peten vətənə xəyanət və kollaborasionizmdə ittiham edildiyi üçün ali mükafatdan məhrum edilmişdi.