BAKI, 15 iyun. TELEQRAF
Masallı rayonunun Təzəkənd kəndində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 60 m² olan tövlənin çardağının taxta atmaları 10 m² sahədə, divara quraşdırılan elektrik sayğacı və içərisində yığılan 1 ton ot bağlaması yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi isə Şirvan şəhərində qeyd alınıb.
Belə ki, həyətyanı ərazidə 150 m² qamışlıq sahə və ümumi sahəsi 15 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.