AZ

Şuşada beynəlxalq konfrans keçirilir

BAKI, 15 iyun. TELEQRAF

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə iyunun 15-də Şuşa şəhərində “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda tədbir keçirilir.

Teleqraf xəbər verir ki, Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının dördüncü ildönümünə həsr olunmuş beynəlxalq konfrans dost və tərəfdaş ölkələrin nümayəndələri iştirak edir.

Konfrans əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Seçilən
11
teleqraf.com

1Mənbələr